Menyu

"Sumqayıt" 3 xalı 1 qolla qazandı

Əziz Əzizli
"Sumqayıt" 3 xalı 1 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub.

"Operativ Media" xəbər verir ki, son gündə bir oyun baş tutub.

Günün yeganə oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Neftçi”yə, “Sabah” “Zirə”yə 0:1, “Kəpəz” isə “Qarabağ”a 1:6 hesabıyla uduzub. “Səbail” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası

28-ci tur

31 mart

Sumqayıt – Araz Naxçıvan 1:0

Qol: Kazimir Ninqa, 7-pen.

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Teqlər:

"\"Sumqay\u0131t\" 3 xal\u0131 1 qolla qazand\u0131"

Əlaqəli Xəbərlər