Menyu

"Qarabağ”ın Çempionlar Liqasında ilk potensial rəqibi müəyyənləşdi

Əziz Əzizli
"Qarabağ”ın Çempionlar Liqasında ilk potensial rəqibi müəyyənləşdi

“Qarabağ”ın 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk potensial rəqibi məlum olub.

"Operativ Media" xəbər verir ki, Qurban Qurbanovun komandası səpələnməmişlərdə yer alacaq İslandiyanın “Vikinqur” klubu ilə üz-üzə gələ bilər.

Yarışa I raunddan qoşulacaq 6 komandadan yalnız adalılar səpələnməmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

“Köhlən atlar” I mərhələni keçsə, II raundda da səpələnmişlərdə olacaq.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Teqlər:

"\"Qaraba\u011f\u201d\u0131n \u00c7empionlar Liqas\u0131nda ilk potensial r\u0259qibi m\u00fc\u0259yy\u0259nl\u0259\u015fdi"

Əlaqəli Xəbərlər