"Trabzonspor" - "Fənərbağça" matçında olanlarla bağlı cəzalar açıqlandı
Əziz Əzizli
Peşəkar Futbol İntizam Şurası (PFDK) "Trabzonspor" - "Fənərbağça" matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
"Operativ Media" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, "Trabzonspor" azarkeşlərinin səbəb olduğu meydan insidentlərinə görə 3 milyon lirə və 6 matç öz meydanında tamaşaçısız oynama cəzası kəsilib. Mavi komandanın 112 min lirə cərimə almasına qərar verilib.
İdarə heyəti, rəqib komandanın tribunalarına qarşı idmana zidd davranışlar və rəqib komanda azarkeşləri ilə döyüşdüyü əsaslarla "Fənərbağça"nın futbolçusu Jayden Quinn Oosterwolde'nin bir matçdan kənarlaşdırılması və 52 min lirə, İrfan Can Eğribayatın isə bir matçdan uzaqlaşdırılması və 13 min lirə cərimə edilməsinə qərar verib.
“Trabzonspor”un baş məşqçisi Egemen Qorxmazın rəqib komandanın idmançısı ilə dalaşdığına görə ona 13 min lirə cərimə, rəsmi yarışmada soyunub-geyinmə otağına və skamyaya girməsinə qadağa qoyan idarə heyəti, "Fənərbaxça"nın futbolçusu Bright Osayi-Samuelə cəza təyin etməyə ehtiyac olmadığına qərar verib.