Azərbaycan millisi FİFA reytinqində irəlilədi
Əziz Əzizli
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan yığması bir pillə irəliləyərək 112-ci olub.
Komandamızın hesabında 1177,83 xal var.
Xatırladaq ki, hazırda baş məşqçisiz olan millimiz ötən ay Bakıda təşkil olunmuş “FIFA series - Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə üstələyib, Bolqarıstan ilə heç-heçə edib - 1:1.
Qeyd edək ki, reytinqə son dünya çempionu Argentina (1855,2) başçılıq edir. Fransa (1845,44) ikinci, Belçika (1798,46) üçüncüdür
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net