http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Olimpiya çempionu: “Gəncənin həmişə güclü futbol məktəbi olub”

04 Aprel 2024 , 14:27
Olimpiya çempionu: “Gəncənin həmişə güclü futbol məktəbi olub”

“Mən istəyərdim ki, “Kəpəz” də “Qarabağ” kimi avroturnirlərdə Gəncəni, ölkəmizi təmsil etsin. İnşallah, bu yolda klub tərəfindən müəyyən addımlar atılır”.

"Operativ Media" xəbər verir ki, bu barədə olimpiya çempionu Toğrul Əsgərov “Kəpəz” televiziyasına açıqlamasında deyib.

"Kəpəz"in azarkeşi olan məşqçi klubda həyata keçirilən layihələrdən də danışıb.

“Bilirsiz ki, yeni baza tikilib, akademiya istifadəyə verilib, məktəb yaranır. Bu amillər komandanın inkişaf edəcəyini göstərir. Amma mütləq şəkildə kluba sponsor lazımdı. Böyük maliyyə dayağı olmadan böyük ideyaları həyata keçirmək olmaz. Gəncənin həmişə güclü futbol məktəbi olub. Ona görə də akademiyanın futbolun inkişafına çox böyük faydası olacaq”.

Toğrul Əsgərov yeni tikilən stadiona da toxunub. Azarkeşlərin uzun illər həsrətini çəkdiyi arenanın tamaşaçı sayının artmasına xidmət edəcəyini bildirib: “Köhnənin yerində yeni stadion tikilir. “Kəpəz” kimi azarkeşi olan futbol komandası çox azdır. Azarkeş klub üçün böyük dəstəkdir. Klubun azarkeşinin olması rəqiblərlə mübarizəyə 1:0 öndə başlamaq deməkdir. İnanıram ki, yeni tikilən stadionda Gəncə azarkeşlərinin sayı daha da artacaq. Komandamız da uğurlu çıxış edəcək. Biz də nəticələrə sevinib hər zamankı kimi azarkeşlik edəcəyik”.

OXŞAR XƏBƏRLƏR
UEFA-dan AFFA rəsmisinə təyinat

UEFA-dan AFFA rəsmisinə təyinat

Paris-2024: Bu gün 5 Azərbaycan idmançısı mübarizəyə başlayır

Paris-2024: Bu gün 5 Azərbaycan idmançısı mübarizəyə başlayır

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

XƏBƏR LENTİ
  • 10:54

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
  • 10:35

    UEFA-dan AFFA rəsmisinə təyinat
  • 10:07

    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 09:49

    Faktiki hava açıqlanıb
  • 09:34

    Ucarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • 09:30

    Neft qiymətləri ucuzlaşıb
Menyu