Rəşad Sadıqov: "Qurban Qurbanov kimi məşqçi olmaq qeyri mümkündür"
Əziz Əzizli
"Qurban Qurbanov kimi məşqçi olmaq qeyri mümkündür".
"Operativ Media" xəbər verir ki, bunu "Zarafat bir yana" verilişinin qonağı olan "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.
O, "Qarabağ"ın "Braqa" ilə oyununa da toxunub
"Qurban Qurbanovun göstərdiyi nəticələr elə bir nəticələrdi ki, onu biz qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə məşqçiləri, istər Rusiya məşqçiləri, istər Belçika, Hollandiya məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər. "Braqa"ya əgər "Qarabağ" komandası 10 nəfərlə 2 qol vurursa, bunu əlavə vaxtda edirsə, bu Azərbaycan standartlarına uyğun olmayan bir nəticələrdir, göstəricilərdir. "Qarabağ"ın "Braqa" ilə göstərdiyi oyun, bunu yalnız filmlərdə belə bir ssenari çəkə bilərsən ki, mümkün olsun, sonda alınsın. Çünki, mümkünsüz bir şeylərdir "Qarabağ"ın etdikləri. Mən inanmıram ki, bunu "Qalatasaray", "Beşiktaş" edə bilər.
Rəşad Sadıqov Qurban Qurbanovun iş rejiminə də toxunub.
"Qurban Qurbanov o qədər işə vaxt ayırır ki, bazaya birinci gəlir, axırıncı çıxır. Nə vaxt bu adamı yığırsan rəqibə baxır.
Bu günləri Qurban müəllim elementar "Whatsapp"da "hekayeni necə qoyursan, hekayəyə necə baxırsan" onu da bilmir. "İnstaqram" nədir onu da bilmir. O qədər işin içinə girib, o qədər özünü işinə fəda eləyib ki, bu gün onun yolunu getmək, onun kimi olmaq, məşqçi kimi qeyri mümkündür".
Teqlər:
"R\u0259\u015fad Sad\u0131qov: \"Qurban Qurbanov kimi m\u0259\u015fq\u00e7i olmaq qeyri m\u00fcmk\u00fcnd\u00fcr\""