Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Əziz Əzizli
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib.
"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
60 kq çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.
Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.
Qeyd edək ki, yığmamız Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.
Teqlər:
"Az\u0259rbaycan boks\u00e7usu Avropa birinciliyin\u0259 q\u0259l\u0259b\u0259 il\u0259 ba\u015flad\u0131"