05 Aprel 2024, 09:11
Nicat Abbasov İddiaçılar Turnirinə heç-heçə ilə başladı
Nicat Abbasov İddiaçılar Turnirinə heç-heçə ilə başladı şəkil
Nicat Abbasov İddiaçılar Turnirinə heç-heçə ilə başladı

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

"Operativ Media" xəbər verir ki, bu yarışda Azərbaycanı qrossmeyster Nicat Abasov təmsil edir.

O, ilk turda dünya vitse-çempionu Yan Nepomniyaşşiyə (FIDE) qarşı heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

Son xəbərlər
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub
Gədəbəydə yanğın baş verib
Rusiyada nazir müavini yol qəzası keçirib