Menyu

"Beşiktaş"da Santosun yerinə iki namizəd - Qurban Qurbanov və Edin Terziç

Əziz Əzizli
"Beşiktaş"da Santosun yerinə iki namizəd - Qurban Qurbanov və Edin Terziç
1 dəq oxu

"Beşiktaş"da ardıcıl pis nəticələrdən sonra Fernando Santosun gələcəyi müzakirə edilməyə başlandı.

2025-ci ilə qədər müqavilə imzalanan Fernando Santosun ayrılması mövsümün sonunda gündəmdə olsa da, portuqaliyalı çalışdırıcının müqaviləsində 500 min avro təzminat maddəsinin olduğu iddia edilib.

"Operativ Media" "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" Fernando Santosun yerinə 2 baş məşqçi namizədi seçib.

Bu adlardan birincisi Edin Terziçdir. 41 yaşlı çalışdırıcı Slaven Biliç "Beşiktaş"ı çalışdırarkən "qara-ağlar"da köməkçi məşqçi vəzifəsində çalışıb.

Digər namizəd Qurban Qurbanovdur. Xəbərdə 16 ildir çalışdırdığı “Qarabağ”la diqqətçəkən işlər görən 51 yaşlı çalışdırıcının Terziçlə birlikdə siyahının başında olduğu vurğulanıb.

Əlaqəli Xəbərlər