
Bakıda keçirilən güləş üzrə Olimpiya Təsnifat turniri davam edir.
"Operativ Media" xəbər verir ki, bu gün qadınlar mübarizəyə qoşulub.
Azərbaycanın bu növdəki təmsilçiləri uğursuz çıxış ediblər. Onlardan yalnız Maria Stadnik yarımfinala yüksəlməyi bacarıb.
50 kq-da mübarizə aparan güləşçimiz 1/4 finalda Qabija Dilyuteyə (Litva) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib.
Elnurə Məmmədova (53 kq) təsnifat mərhələsində xalçaya çıxıb. O, Veronika Ryabovolovaya (Şimali Makedoniya) 0:4 hesabı ilə məğlub olub.
57 kq-dakı təmsilçimiz Jalə Əliyeva da uğursuz çıxış edib. O, 1/4 finalda Alina Qruşuna Akobya (Ukrayna) ilə bacarmayıb - 0:10.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində Amelin Duarre (Fransa) ilə güləşib. Görüşdə 4:6 hesabı ilə uduzan təmsilçimiz mübarizəni dayandırıb.
Elis Manolova (68 kq) da təsnifat mərhələsindən yarışa başlayıb. Avropa çempionumuz Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlib. O, 2:4 hesabı ilə məğlub olaraq lisenziya şansını itirib.