İngiltərə Premyer Liqa komandalarından biri olan "Everton", maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə 2 xal silinmə cəzası aldı.
"Operativ Media" xəbər verir ki, Premyer Liqadan verilən açıqlamada sözügedən cəzanın 2022-2023 mövsümündə maliyyə qaydalarını pozduğu üçün "Everton"a verildiyi bildirilib. Cəzadan əvvəl 29 xalla liqada 15-ci yerdə olan "Everton" 27 xalla 16-cı pilləyə düşüb. "Everton" 2023-cü ilin noyabrında 10 xal silinmə cəzası almış və klubun etirazından sonra cəza 6 xala endirilmişdi.
Teqlər:
"\u0130ngilt\u0259r\u0259 Premyer Liqas\u0131 klubunun 2 xal\u0131 silindi"