09 Aprel 2024, 10:17
"Qarabağ" dünya reytinqində irəlilədi
"Qarabağ" dünya reytinqində irəlilədi şəkil
"Qarabağ" dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Operativ Media" qurumun saytına istinadən xəbər verir ki, siyahıda 506 komanda yer alıb. Onların arasında Azərbaycanın 3 klubu var.

"Qarabağ" son reytinqə əsasən, 13 pillə irəliləyib. Qurban Qurbanovun komandası176,5 xalla 48-cidir. "Neftçi" bir mövqe irəliləyərək 62 xalla 377-ci, "Sabah" isə 4 pillə irəliləyərək 58,75 xalla 413-cü olub.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.

Son xəbərlər
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb