Menyu

Azərbaycan millisi İsveçrə ilə qarşılaşacaq

Əziz Əzizli
Azərbaycan millisi İsveçrə ilə qarşılaşacaq

Bu gün qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

"Operativ Media" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda evdə İsveçrə ilə qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.

16:00. Azərbaycan – İsveçrə

Baş hakim: Alina Peşudur (Rumıniya).

Bakı, “Liv Bona Dea” stadionu.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər