Menyu

Azərbaycan millisi İsveçrəyə məğlub oldu

Əziz Əzizli
Azərbaycan millisi İsveçrəyə məğlub oldu
1 dəq oxu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub.

Millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib – 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.

Əlaqəli Xəbərlər