Menyu

Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb

Əziz Əzizli
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) 3 gümüş medal qazanıb.

"Operativ Media" xəbər verir ki, yığmanın lideri bu uğura Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda nail olub.

Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edib.

Teqlər:

"Dada\u015f Dada\u015fb\u0259yli D\u00fcnya Kubokunda 3 g\u00fcm\u00fc\u015f medal qazan\u0131b"

Əlaqəli Xəbərlər