15 Aprel 2024, 12:39
Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib
Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib şəkil
Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib.

"Operativ Media" xəbər verir ki, turun açılışında iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti illərdə millinin bütün üzvlərinin yarışda iştirakına çalışacaqlarını bildirib.

4-cü turda əsas mübarizə Məhəmməd Muradlı ilə Aydın Süleymanlı arasında olub. Partiya M.Muradlının qələbəsiylə başa çatıb. Misrətdin İsgəndərov Xəzər Babazadəylə mübarizədən qalib ayrılıb.

Hesabat turunda Süleyman Süleymanlı Read Səmədova, Rüstəm Rüstəmov Vüqar Manafova, Xaqan Əhməd isə Toğrul Həsənzadəyə uduzub. Beş oyun heç-heçə yekunlaşıb.

4 turdan sonra Məhəmməd Muradlı 3,5 xalla birinci yerdədir. Hərəyə 3 xalı olan Read Səmədov, Misrətdin İsgəndərov 2-3-cü pillələrdə qərarlaşıblar. Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Vüqar Manafov, Namiq Quliyev, Vüqar Rəsulov 4-8-ci yerləri bölüşürlər.

Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibləri ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, uduzanlar isə üçüncü yer uğrunda yarışacaqlar

Son xəbərlər
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı