Menyu

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

Əziz Əzizli
Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

Aprelin 17-də Qətərin paytaxı Dohada start götürəcək Dünya Kubokunda Azərbaycanın altı idman gimnastı mübarizə aparacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Dörd gün davam edəcək yarışda Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər və turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma və paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər və dayaqlı tullanma), Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlər) bacarıqlarını göstərəcəklər.

İdmançılara turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalava rəhbərlik edəcəklər. Zəkəriyyə Muradlı və Əhməd Ağayev Dünya Kubokuna hakim kimi təyinat alıblar

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər