Menyu

Dünya çempionu olan futbolçu vəfat etdi

Əziz Əzizli
Dünya çempionu olan futbolçu vəfat etdi
1 dəq oxu

Almaniya millisinin və “Ayntraxt”ın sabiq hücumçusu Bernd Hölzenbeyn vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Martın 9-da 78 yaşını qeyd edən sabiq futbolçu uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.

Hölzenbeyn 1974-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub. O, ümumilikdə Almaniya millisində 40 oyun keçirib və 5 qol vurub.

Hölzenbeyn klub səviyyəsində “Ayntraxt” və “Fort Lauderdal Straykers” komandalarının formasını geyinib. O, “Ayntraxt”ın Bundesliqadakı bombardiri olaraq qalır. Bernd Hölzenbeyn bu komandada 160 qol vurub

Əlaqəli Xəbərlər