16 Aprel 2024, 16:16
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək şəkil
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

Çexiyanın paytaxtı Praqada keçiriləcək aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” beynəlxalq turnirində iştirak edəcək gənclərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

"Operativ Media" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 5 gimnast təmsil edəcək.

Məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya üçlük və qrup, Məryəm Topçubaşova ilə Sara Əlixanlı isə fərdi və qrup proqramında qüvvələrini sınayacaqlar. Hakim Tünzalə Daşdəmirova da yarışda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq turnir aprelin 18-21-i aralığında baş tutacaq

Son xəbərlər
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər
ABŞ-də güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub