"Golden Boy” mükafatına favoritlər açıqlandı
Əziz Əzizli
2024-cü il “Golden Boy” mükafatına namizədlərin siyahısı yenilənib.
"Operativ Media" xəbər verir ki, Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.
Siyahıya İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal başçılıq edir. Onu Portuqaliya “Benfika”sının üzvü Joao Neveş izləyir. İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Yunayted”in formasını geyinən Alexandro Qarnaço qapayır.
Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro (“Lill”, Fransa), Savio (“Jirona”, İspaniya) və Kobbi Meynu (“Mançester Yunayted”, İngiltərə) növbəti yerlərdə qərarlaşıblar.
“Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə İspaniya “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net