Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
"Operativ Media" xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutub.
"Barselona" azarkeşləri önündə PSJ-ni qəbul edib. 5 qolun vurulduğu oyun qonaqların qələbəsiylə başa çatıb - 4:1. PSJ ümumi hesabda üstün olub və adını yarımfinala yazdırıb.
Günün digər matçında Dortmund "Borussiya"sı "Atletiko"nu qəbul edib. Meydan sahibləri 4:2 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlib.