Menyu

Azərbaycanlı tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

Əziz Əzizli
Azərbaycanlı tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçirilən beynəlxalq yarışın mükafatına layiq görulüblər. 

"Operativ Media" xəbər verir ki, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunan “Türk Dövlətləri” beynəlxalq yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qazaxıstan seçməsi birinci, Türkiyə millisi ikinci yeri tutub.

Qeyd edək ki, sözügedən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər