Menyu

2025 Klublararası Dünya çempionatında iştirak hüququ əldə edən komandalar - SİYAHI

Əziz Əzizli
2025 Klublararası Dünya çempionatında iştirak hüququ əldə edən komandalar - SİYAHI

Dünən oynanılan 1/4 final cavab oyunlarından sonra UEFA Çempionlar Liqası ilə vidalaşan "Barselona" 2025-ci ildə yeni formatı ilə ilk dəfə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak hüququnu itirib.

"Operativ Media" xəbər verir ki, indiyədək Avropadan 11 komanda turnirdə iştirak etmək hüququ qazanıb.

UEFA kvotasından sonuncu komanda “Arsenal” və ya “Zalsburq” olacaq. "Arsenal" Çempionlar Liqasını qazanacağı təqdirdə turnirdə iştirak edəcək. “Zalsburq” isə turnirə qatılmaq üçün “Arsenal”ın Çempionlar Liqası ilə vidalaşmasını gözləyəcək.

FİFA ötən il verdiyi açıqlamada Klublararası Dünya Çempionatının yeni formatını açıqlamışdı.

15 iyun - 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-ın ev sahibliyi edəcəyi turbirdə 6 konfederasiyadan 32 komanda iştirak edəcək.

4 komandadan ibarət 8 qrupun iştirak edəcəyi turnirdə komandalar bir-biri ilə tək oyun keçirəcək və qruplarında ilk iki yeri tutanlar növbəti mərhələyə adlayacaqlar.

Növbəti turlar tək oyun kimi oynanılacaq. Turnirdə üçüncü yer uğrunda görüş keçirilməyəcək.

FIFA 2025 Klublararası Dünya Çempionatında iştirak haqqı qazanan komandalar aşağıdakılardır:

  1.  Çelsi
  2.  Mançester Siti
  3.  Real Madrid
  4.  Atletiko Madrid
  5.  Bayern Münhen
  6.  Borussia Dortmund
  7.  PSJ
  8.  İnter Milan
  9.  Juventus
  10.  Porto
  11.  Benfika
  12.  Palmeiras
  13.  Flamenqo
  14.  Fluminense
  15.  Oklend şəhəri
  16.  Əl Hilal
  17.  Urawa Red Diamonds 
  18.  Əl Əhli
  19.  Wydad AC
  20.  Monterrey
  21.  Club Leon
  22.  Seattle Sounders

Teqlər:

"2025 Klublararas\u0131 D\u00fcnya \u00e7empionat\u0131nda i\u015ftirak h\u00fcququ \u0259ld\u0259 ed\u0259n komandalar - S\u0130YAHI"

Əlaqəli Xəbərlər