Menyu

Azərbaycan millisi isveçrəliyə tapşırıla bilər

Əziz Əzizli
Azərbaycan millisi isveçrəliyə tapşırıla bilər

Milli komandamızın baş məşqçi postuna daha bir namizədin adına aydınlıq gəlib. Növbəti dəfə əcnəbi çalışdırıcıya üstünlük verəcək AFFA-nın siyahısında isveçrəli mütəxəssisin də adı var.

"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, hazırda AFFA rəhbərliyi 10-a yaxın məşqçinin namizədliyini müzakirə edir, danışıqlar aparır. Onların arasında Urs Fişer də var.

Futbolçu kimi “Sent Qallen” və “Sirux”də çıxış etmiş Fişerin ilk iş yeri son klubunun akademiyası olub. 2003-cü ildə “Sürix”də məşqçi karyerasına başlayan mütəxəssis, müxtəlif yaşlı uşaqlarla işləyərək pillə-pillə irəliləyib və 2010-cu ildə əsas komandada baş məşqçi olub.

2012-də istefaya göndərildikdən sonra 8 ay işsiz qalan Fişer 2013-ün yanvarında sonradan 2,5 il çalışacağı “Tyun”un baş məşqçisi olub. Urs daha sonra 2 il “Bazel”in baş məşqçisi olub və 2017-18-ci illərdə işsiz olub. 58 yaşlı mütəxəssisin ən böyük uğuru Almaniyada qeydə alınıb – ölkə xaricinə çıxdıqdan sonra 2018-ci ilin yayında “Union Berlin”ə təyinat alıb və bu klubu ən yüksək səviyyəyə qaldırıb.

Almaniya klubunu Çempionlar Liqasının qrupuna kmi yüksəldən Fişer, cari mövsümdə uğursuz nəticələr sıralanınca 5 illik iş yerindən ayrılıb. Ötən ilin sonunda Berlinlə vidalaşan mütəxəssis hazırda işsizdir.

Milli komandamızda Canni de Byazinin xələfi olmağa əsas namizədlərdən sayılan Fişerin AFFA-dan uzunmüddətli müqavilə tələb etdiyi bildirilir.

Teqlər:

"Az\u0259rbaycan millisi isve\u00e7r\u0259liy\u0259 tap\u015f\u0131r\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər