UEFA inspektoru Tovuz şəhər stadionuna baxış keçirdi
Əziz Əzizli
Bu gün UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar.
"Operativ Media" xəbər verir ki, 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib.
Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir və standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
Teqlər:
"UEFA inspektoru Tovuz \u015f\u0259h\u0259r stadionuna bax\u0131\u015f ke\u00e7irdi"