Menyu

Azərbaycanlı qrossmeyster yenə məğlub oldu

Əziz Əzizli
Azərbaycanlı qrossmeyster yenə məğlub oldu
1 dəq oxu

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. 28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

"Operativ Media" xəbər verir ki, qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək

Əlaqəli Xəbərlər