18 Aprel 2024, 11:48
"Roma" De Rossi ilə bağlı qərar verdi

Seriya A komandası "Roma" Daniele De Rossi ilə davam etmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, klubun saytında yer alan açıqlamada yeni mövsümdə komandanın rəhbəri De Rossinin olacağı bildirilib.
"Dünən Daniele de Rossi ilə görüşümüzdən sonra onun yeni mövsümdə "Roma"nın baş məşqçisi olacağını elan etməkdən məmnunuq" deyə məlumatda bildirilir.
"Roma"nın bəyanatında həmçinin "Roma azarkeşlərinə layiq olduqları gələcəyi təqdim etmək üçün hər zamankindən daha böyük əzmlə işləməyə davam edəcəyik. Daniele ilə uzunmüddətli bir layihə qurmaqdan daha xoşbəxt ola bilməzdik" deyə bildirilib.
Yaxın günlərdə Daniele de Rossi ilə bağlı daha ətraflı açıqlamanın veriləcəyi bildirilib.