Menyu

Avropa Liqası: "Bayer" yarımfinala yüksəldi

Əziz Əzizli
Avropa Liqası: "Bayer" yarımfinala yüksəldi

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, İtaliya təmsilçiləri "Roma" və "Milan" paytaxt Romada üz-üzə gəliblər. "Roma" rəqibini məğlub edib və adını yarımfinala yazdırıb. Komandalar arasındakı ilk oyunda "canavarlar" qələbə qazanıb.

İngiltərənin "Liverpul" komandası ilk oyunda məğlub olduğu "Atalanta"nın səfərdə qonağı olub. Matçda minimal hesablı qələbə qazanan "qırmızılar" iki oyunun nəticəsinə görə Avropa Liqasında mübarizəni dayandırıb. Tərəflər arasındakı birinci görüş italyanların üstünlüyü ilə yekunlaşıb.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

Roma (İtaliya) - Milan (İtaliya) 2:1 (penaltilər - 3:2)

Qollar: C.Mançini, 13, P.Dibala, 22 - M.Qabbia, 85

İlk oyun 1:0

23:00 Atalanta (İtaliya) - Liverpul (İngiltərə) 0:1

Qol: M.Salah, 7 (pen.)

İlk oyun 3:0

23:00 Marsel (Fransa) - Benfika (Portuqaliya) 2:1 (penaltilər 3:2) 

Qol: Mumbanya, 79

İlk oyun 1:2

23:00 Vest Hem (İngiltərə) - Bayer (Almaniya) 1:1

Qollar: M.Antonio, 13 - Frimponq, 89

İlk oyun 0:2

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər