Menyu

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

Əziz Əzizli
Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı
1 dəq oxu

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda mükafat qazanıb.

"Operativ Media" xəbər verir ki, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fərqlənib.

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır

Əlaqəli Xəbərlər