19 Aprel 2024, 16:50
AFFA 2-ci Liqa klublarını cərimələdi
AFFA 2-ci Liqa klublarını cərimələdi şəkil
AFFA 2-ci Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda II Liqanın 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şahdağ Qusar” – “Şəmkir” oyununun 89-cu dəqiqəsində “Şahdağ Qusar” komandasının 97 nömrəli futbolçusu Kənan Mirzəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilib.

“Lerik” – “Füzuli” oyununun 88-ci dəqiqəsində “Lerik” komandasının 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Lerik” klubu 80 manat cərimə edilib.

“Lerik” – “Füzuli” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” klubu 50 manat cərimə edilib.

“Ağdaş” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Cəbrayıl” klubu 100 manat cərimə edilib

Son xəbərlər
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib
"Barselona"nın müdafiəçisi zədələndi
Putin İlham Əliyevi təbrik edib
Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
Bayramın ilk günü qeydə alınan yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər yaralanıb
DİN piyadalara xəbərdarlıq edib