http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bədii gimnastika üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi olub

20 Aprel 2024 , 22:54
Bədii gimnastika üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi olub

Aprelin 20-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə çoxnövçülük üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

"Operativ Media" xəbər verir ki, fərdi çoxnövçülükdə Darya Varfolomeev (Almaniya) qızıl, Elvira Krasnobayeva (Bolqarıstan) gümüş, Sofiya Raffaeli (İtaliya) bürünc medala sahib olublar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə texniki nümayəndəsi İzabell Savada, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə və bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi, Avropa Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Yevgeniya Vilyayeva təqdim ediblər.

Qrup hərəkətlərində çoxnövçülük üzrə komandalar arasında İspaniya komandası birinci, İtaliya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yeri tutub.

 

 

Mükafatları Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova və bədii gimnastika üzrə Azərbaycan yığmasının xoreoqrafı Ruslan Eyvazov təqdim ediblər.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

OXŞAR XƏBƏRLƏR
May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

FİFA öz ölkələrindən kənarda liqa oyunlarını keçirməyə icazə verəcək

FİFA öz ölkələrindən kənarda liqa oyunlarını keçirməyə icazə verəcək

Marko Roys mövsüm sonunda "Borussiya"dan ayrılacaq - RƏSMİ

Marko Roys mövsüm sonunda "Borussiya"dan ayrılacaq - RƏSMİ

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu