Menyu

"Real Madrid" "Barselona"nı məğlub etdi

Əziz Əzizli
"Real Madrid" "Barselona"nı məğlub etdi
1 dəq oxu

İspaniya La Liqasında 32-ci həftənin oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, turun əsas oyununda "Real Madrid" "Barselona"nı qonaq edib.

"Barselona" derbiyə qolla başlayıb. Kristensen 5-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. Meydan sahibləri Vinisiusun penalti qolu ilə cavab verib və ilk hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissədə "Barselona" 69-cu dəqiqədə Fermin Lopezin qolu ilə hesabda önə keçib. Qoldan 4 dəqiqə sonra Lukas Vaskes yenidən hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə Bellinqem qoyub.

 "Real Madrid" "El Klassiko"nu 3:2 hesabı ilə qalib gələrək xalını 81-ə çatdırıb. "Barselona" 70 xalda qalıb.

Əlaqəli Xəbərlər