Menyu

Azərbaycan cüdoçuları Liqnano Avropa Kubokunda 6 medal qazandı

Əziz Əzizli
Azərbaycan cüdoçuları Liqnano Avropa Kubokunda 6 medal qazandı
1 dəq oxu

20-21 apreldə İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan yığma komandası medal əyarına görə ümumi hesabda 4-cü yeri, oğlanlar arasında isə 2-ci yeri tutub. 

Yarışın ikinci günündə -81 kq. çəkidə Süleyman Şükürov gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb.

-100 kq. çəkidə Əjdər Bağırov qızıl, Nihad Şıxəlizadə bürünc medala sahib olub.

+100 kq. çəkidə Ramazan Əhmədov bürünc mükafat əldə edib.

Əlaqəli Xəbərlər