Ana səhifə / İdman / Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının başlama saatı bəlli oldu Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının başlama saatı bəlli oldu 22.04.2024, 15:14 Əziz Əzizli Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub. "Operativ Media" xəbər verir ki, hər iki matç aprelin 24-də baş tutacaq. İlk olaraq “Qəbələ” və “Zirə” üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək. “Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”yə 4:0, “Zirə” isə “Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib. Teqlər: "Az\u0259rbaycan Kubokunda yar\u0131mfinal\u0131n cavab oyunlar\u0131n\u0131n ba\u015flama saat\u0131 b\u0259lli oldu"