
İngiltərə Premyer Liqasının Şöhrətlər Zalına 2 yeni futbolçu daxil edilib.
"Operativ Media" quruma istinadən xəbər verir ki, hər biri 5 Premyer Liqa çempionluğu qazanan Endryu Koul və Con Terri Şöhrət Zalına seçilib.
“Nyukasl Yunayted”, “Mançester Yunayted”, “Blekbern Rovers”, “Fulhem”, “Mançester Siti”, “Portsmut”, “Sanderlend” kimi komandalarda forma geyinən Koul 414 matçda vurduğu 187 qolla Premyer Liqa tarixində ən çox qol vuran 4-cü futbolçusu olub.
1993-94 mövsümündə "Nyukasl Yunayted" ilə ən çox qol vuran Koul, 1995-ci ildə müqavilə imzaladığı "Mançester Yunayted" ilə 5 çempionluq qazanıb.
Beş çempionluqla "Çelsi"nin ən uğurlu kapitanı olan Terri Premyer Liqada ən çox qapını təmiz keçirən (214) müdafiəçi adına sahibdir. Terri eyni zamanda 492 matçda 41 qol vuraraq liqanın ən çox qol vuran müdafiəçisi olub.