Menyu

Gürcüstan Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir

Əziz Əzizli
Gürcüstan Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir

Gürcüstan Tbilisidə futbol üzrə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün ərizə vermək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Gürcüstan hökumətinin saytı xəbər verir ki, Tbilisidə 70 min tamaşaçı tutumu olacaq yeni futbol və reqbi stadionu tikiləcək.

“Biz 2028-ci ildə yeni stadionda Çempionlar Liqasının finalını keçirmək üçün müraciət edəcəyik. Bu, gürcü futbolu və gürcü azarkeşləri üçün çox vacib hədiyyə olacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Gürcüstan futbol komandası təsnifat mərhələsinin pley-off mərhələsinin finalında Yunanıstan komandasına qalib gələrək tarixdə ilk dəfə Avropa çempionatının final turnirinə vəsiqə qazanıb.

Avro-2024-ün qrup mərhələsində Gürcüstan komandasının rəqibləri Portuqaliya, Çexiya və Türkiyə komandaları olacaq

Teqlər:

"G\u00fcrc\u00fcstan \u00c7empionlar Liqas\u0131n\u0131n final\u0131na ev sahibliyi etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər