Menyu

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

Əziz Əzizli
Azərbaycan çempionatında ilk finalçı məlum oldu

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Bu barədə "Operativ Media"ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinalın hər iki partiyasında Aydın Süleymanlı Xəzər Babazadəni üstələyərək, adını finala yazdırıb.

Yarımfinal mərhələsinin ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu məğlub etməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb – 1:1. Bu gün onlar arasında tay-brek oynanılacaq və ikinci finalçının adına aydınlıq gələcək.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər