Menyu

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Əziz Əzizli
AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

UEFA Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək əsas hakimlərin adlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, yekun siyahıda 18 ədalət təmsilçisi yer alıb.

Onların arasında türkiyəli FIFA referisi Halil Umut Meler də var.

AÇ-2024-də oyunları idarə edəcək hakimlər: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

Qeyd edək ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər