Menyu

"Qalatasaray"ın icarədə olan futbolçusu sıradan çıxdı

Əziz Əzizli
"Qalatasaray"ın icarədə olan futbolçusu sıradan çıxdı
1 dəq oxu

Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Ankaragücü" "Beşiktaş"ı qəbul edib.

"Operativ Media" xəbər verir ki, 0:0 hesabı ilə bitən matçın 83-cü dəqiqəsində zədələnən Olimpiu Morutan matçı davam etdirə bilməyib.

"Ankaragücü"nün verdiyi açıqlamada Olimpiu Morutanın axilles vətərinin qopduğunu və futbolçunun əməliyyat olunacağını açıqlayıb.

Qeyd edək ki, rumıniyalı futbolçu müqavilə ilə "Qalatasaray" klubuna məxsus olsa da, icarə əsasında "Ankaragücü" klubunda çıxış edir.

Əlaqəli Xəbərlər