http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Sumqayıt"ın baş məşqçisi İspaniyada təcrübə keçir

24 Aprel 2024 , 09:42
"Sumqayıt"ın baş məşqçisi İspaniyada təcrübə keçir

"Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

"Operativ Media" xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib. 

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb. 

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub. 

Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

OXŞAR XƏBƏRLƏR
Almaniyada futbol matçında iğtişaş baş verib, 155 polis xəsarət alıb

Almaniyada futbol matçında iğtişaş baş verib, 155 polis xəsarət alıb

"Zirə" Tovuz səfərindən 3 xalla qayıdır

"Zirə" Tovuz səfərindən 3 xalla qayıdır

"Qarabağ" gənc hücumçu ilə müqaviləni uzatdı

"Qarabağ" gənc hücumçu ilə müqaviləni uzatdı

XƏBƏR LENTİ
  • Dünən
    22:59

    Si Cinpin: "Müstəqil Fələstin dövləti yaradılmalıdır"
  • Dünən
    22:40

    Türkiyədə 15 avtobus yanaraq külə döndü
  • Dünən
    22:13

    Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
  • Dünən
    21:55

    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
  • Dünən
    21:50

    Şahdağa qar yağıb, Zərdaba dolu düşüb
  • Dünən
    21:46

    Finlandiya təcili olaraq trotil zavodu tikmək istəyir
  • Dünən
    21:28

    Rəisi: "İsrailə hücum İranın nüfuzunu artırdı"
  • Dünən
    21:04

    Almaniyada futbol matçında iğtişaş baş verib, 155 polis xəsarət alıb
Menyu