İngiltərə Premyer Liqası klubunun iki futbolçusu zorakılığa görə saxlanılıb
Əziz Əzizli
İngiltərə çempionatının klublarından birində çıxış edən iki futbolçu zorakılıqda şübhəli bilinərək saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.
Mənbənin sözlərinə görə, ehtimal olunan cinayət aprelin 19-da, axşam saatlarında baş verib.
Hər iki futbolçunun 19 yaşında olduğu və onların klublarının stadionunun yaxınlığında saxlanıldığı bildirilir. Polis futbolçuların ifadə verdiyini təsdiqləyib və istintaqa qədər zaminə buraxılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma