http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Həbs edilən MMA döyüşçüləri haqqında məhkəmə qərar verdi

24 Aprel 2024 , 13:38
Həbs edilən MMA döyüşçüləri haqqında məhkəmə qərar verdi

Məhkəmə xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barədə qərar qəbul edib.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda onlardan üçünün həbs müddəti bir ay uzadılıb.

V.Kərəmov isə barəsində polis nəzarətinə verilmək həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Xətai Rayon Məhkəməsinin qərarı ilə baş məşqçi Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

OXŞAR XƏBƏRLƏR
Salah Premyer Liqada rekorda imza atıb

Salah Premyer Liqada rekorda imza atıb

"Bavariya" yeni mövsüm ev formasını təqdim edib - FOTO

"Bavariya" yeni mövsüm ev formasını təqdim edib - FOTO

"Bavariya" Qvardiolanı qaytarmağa çalışacaq

"Bavariya" Qvardiolanı qaytarmağa çalışacaq

XƏBƏR LENTİ
  • 12:33

    Salah Premyer Liqada rekorda imza atıb
  • 12:28

    Zərərçəkmiş şəxsin razılığı olmadan onun görüntülərini yayanlar cəzalandırılacaq
  • 12:21

    Rəisi İraq Kürdüstanı regionunun prezidenti ilə görüşüb
  • 12:15

    Xaricdən ölkəmizə pul köçürmələri niyə azalıb?
  • 12:15

    Daha bir sahibkara güzəştli kredit verilib
  • 12:10

    Aİ ildə iki milyon sursat istehsal etməyi planlaşdırır
  • 12:06

    Mirzoyan Peter Siyarto ilə görüşüb
  • 12:00

    "Almatı görüşü bizi sülhə bir qədər də yaxınlaşdıracaq" - Politoloq
Menyu