http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ürfan Abbasov 300-ə çatdı

24 Aprel 2024 , 23:44
Ürfan Abbasov 300-ə çatdı

Ürfan Abbasov “Qəbələ”nin heyətində 300-cü oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, 32 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.

“Qırmızı-qara” formada keçirdiyi matçların sayında mütləq rekordçu olan Abbasov “Zirə” ilə görüşə start heyətində çıxıb. “Qəbələ”nin vitse-kapitanı 300 oyunda 6 qola imza atıb.

Bugünkü matç onun “qırmızı-qara” forma ilə kubokda 40-cı oyunu olub. Urfan bu turnirdə 1 qola imza atıb. O, Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə “Qəbələ”nin formasını geyinib.

Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/20 və 2020/21 mövsümləri istisna olmaqla, həmin vaxtdan “Qəbələ”də çıxış edir.

Qeyd edək ki, Abbasov “Qəbələ”də Premyer Liqanın iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) mükafatını qazanıb, iki dəfə Azərbaycan kubokunun qalibi (2018/19, 2022/23), üç dəfə finalçısı (2013/14, 2016/17, 2017/18) olub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

"Sabah" Marqarita ilə yollarını ayırdı

"Sabah" Marqarita ilə yollarını ayırdı

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu