Menyu

Musa Qurbanlı: "Kiməsə hörmətsizlik etməmişəm"

Əziz Əzizli
Musa Qurbanlı: "Kiməsə hörmətsizlik etməmişəm"

"Yurqorden”in futbolçusu Musa Qurbanlı müsahibə verib.

"Operativ Media" "fotbollskanalen.se" saytına istinadən xəbər verir ki, forvard əsas heyətə düşə bilməməsindən danışıb:

"Futbolda bəzən belə hallar olur. Hər kəsin başına gələ bilər. Həmişə olduğu kimi işimi görməyə və başımı dik tutmağa çalışıram. Bura gəldiyim ilk gündən məsuliyyətli olmuşam. Kimsə deyə bilməz ki, az məşq edirəm və ya bütün gücümü qoymuram. Hamıya hörmət etmişəm və bunun qarşılığını görmüşəm. Mənimçün vacib olan budur.

Oynamayanda problem yaradan oyunçulardan deyiləm. İşlərin belə olmasında səbəbi özümdə axtarıram, başqasının dediklərində yox. Bəhanə axtarmıram. Son qərarı məşqçi verir və ona hörmətlə yanaşıram. Oynamasam da, daha çox məşq edirəm. Kiməsə hörmətsizlik etməmişəm".

Musa Qurbanlı bu mövsüm İsveç çempionatında bir oyuna çıxıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər