http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Qarabağ" "Neftçi"yə çatdı

25 Aprel 2024 , 10:31
"Qarabağ" "Neftçi"yə çatdı

Azərbaycan Kubokunda 11-ci dəfə finala vəsiqə qazanan "Qarabağ” turnirin rekordunu təkrarlayıb.

"Operativ Media" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bunadək yalnız "Neftçi” 11 həlledici görüşdə oynayıb.

"Köhlən atlar” əvvəlki 10 finalda 7 dəfə kuboku başı üzərinə qaldırıb.

1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022 mövsümlərində turnirin qalibi olan Qurban Qurbanovun yetirmələri üç dəfə (1995/1996, 1997/1998, 1999/2000) həlledici matçda büdrəyib.

"Zirə” isə hərəyə 2 dəfə yarımfinalı adlayan klublara çatıb. Buna "Kür-Nur”, "Şəmkir” və "Sumqayıt” nail olub.

Ümumilikdə isə tarix ərzində 18 komanda finalda iştirak edib: "Neftçi”, "Qarabağ” – 11, "İnter” (indiki "Şamaxı”) – 6, "Xəzər Lənkəran”, "Qəbələ” – 5, "Kəpəz” – 4, "Bakı” – 3, "Kür-Nur”, "Şəmkir”, "Sumqayıt”, "Zirə” – 2, "İnşaatçı”, "Şəfa”, "Xəzri”, "MKT-Araz”, "Karvan”, "Xəzər” (Lənkəran), "İnşaatçı” (Sabirabad) – 1 dəfə.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

"Sabah" Marqarita ilə yollarını ayırdı

"Sabah" Marqarita ilə yollarını ayırdı

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu