Menyu

"Beşiktaş" türkiyəli baş məşqçi ilə danışıqlar aparır

Əziz Əzizli
"Beşiktaş" türkiyəli baş məşqçi ilə danışıqlar aparır
1 dəq oxu

Türkiyə Super Liqası komandası "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.

"Operativ Media" xəbər verir ki, baş məşqçi siyahısının başında "Borussiya Dortmund" klubunda köməkçi məşqçi kimi çalışan Nuri Şahin dayanıb.

Klub prezidenti Hasan Arat Nuri Şahinlə telefonla görüşüb və fikrini öyrənib.

Nuri Şahin keçən mövsüm Türkiyədə "Antalyaspor" klubunu idarə edib.

Qeyd edək ki, "Beşiktaş" klubunu son olaraq portuqaliyalı Fernando Santos çalışdırıb. Ardıcıl məğlubiyyətlərdən sonra onunla yollar ayrılıb.

Əlaqəli Xəbərlər