Musiala mövsümün ən yaxşı futbolçularının adını açıqlayıb
Əziz Əzizli
Münhen "Bavariya"sının almaniyalı yarımmüdafiəçisi Camal Musiala bu mövsüm dünyanın ən yaxşı futbolçularının adını açıqlayıb.
Bu barədə "Operativ Media" Almaniya mediasına istinadən xəbər verir.
“Kilyan Mbappe, Harri Keyn və Jude Bellinqhem fenomenal mövsüm keçirirlər. Bir çox futbolçu inanılmaz nəticələr göstərir. Belə rəqabəti görmək çox xoşdur. Onlardan birini ayırmaq mümkün deyil” deyə Musiala açıqlamasında bildirib.
Musiala 2020-ci ildən “Bavariya”da çıxış edərək üçqat Almaniya çempionu, ikiqat Superkubok və Avropa Superkubokunun qalibi olub.
21 yaşlı futbolçu "Bavariya"nın heyətində 161 matçda iştirak edib, 43 qol vurub, 30 məhsuldar ötürmə edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net