Ramil Şeydayevli "Kocaelispor" vacib qələbə qazandı
Əziz Əzizli
Türkiyə 1-ci Liqasında 32-ci tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Bandırmaspor" klubunu qonaq edib. Matç ev sahibi komandanın 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev matça start heyətində başlasa da, 58-ci dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 55-ə çatdıran "Kocaelispor" pley-off yolunda vacib addım atıb.
Qeyd edək ki, 1-ci Liqanın bitməsinə son 2 tur qalıb. Daha sonra isə Super uğrunda pley-off oyunları keçiriləcək.
Teqlər:
"Ramil \u015eeydayevli \"Kocaelispor\" vacib q\u0259l\u0259b\u0259 qazand\u0131"