29 Aprel 2024, 10:39
Rövlan Muradov: "Son oyunlardakı nəticələrimiz azarkeşləri stadiona gətirir"
Rövlan Muradov: "Son oyunlardakı nəticələrimiz azarkeşləri stadiona gətirir" şəkil
Rövlan Muradov: "Son oyunlardakı nəticələrimiz azarkeşləri stadiona gətirir"

Son oyunlardakı nəticələrimiz azarkeşləri stadiona gətirir.

Bunu "Operativ Media"ya "Sumqayıtın futbolçusu Rövlan Muradov "Qarabağ"la oyunu dəyərləndirərkən bildirib. O, "Qarabağ"la oyunun ağır keçəcəyini bildiklərini vurğulayıb.

"Bizi "Qarabağ"la çox ağır oyun gözlədiyini bilirdik. Doğma meydanda oynayırdıq və bu oyuna maraq olduqca böyük idi. Rəqibimizin Avropaya adından söz etdirdiyini də bilirik. Rəqib bizimlə oyuna tam heyyətlə çıxmışdı. Sonadək mübarizə apardıq, döyüşdük və istədiyimiz qolu vurub sonda qələbə qazandıq.

Rövlan Muradov azarkeşlərin onları 90 dəqiqə dəstəklməsinə də toxunub.

"Düşünürəm ki, bizim bu son oyunlardakı nəticələrimiz azarkeşləri də stadiona gətirir. Hər bir azarkeşə təşəkkür edirəm ki, bizə dəstək olurlar və onların sayəsində oyunlara daha yaxşı motivasiya oluruq. Ümid edirəm ki, qarşıdakı son 4 final oyununda da gəlib biz belə dəstək olacaqlar".

Qeyd edək ki, dünən baş tutan qarşılaşmada "Sumqayıt" çempionluğu rəsmiləşdirmiş "Qarabağ"ı 1-0 hesabı ilə məğlub edib.

Son xəbərlər
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcək
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48