Menyu

"Qarabağ"ın futbolçusu Fransa Liqasında çıxış edə bilər

Əziz Əzizli
"Qarabağ"ın futbolçusu Fransa Liqasında çıxış edə bilər
1 dəq oxu

"Qarabağ"ın futbolçusu Yassin Benziaya daha bir "elçi" çıxıb.

"Operativ Media" xəbər verir ki, Fransanın "Nitsa" klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "africafoot.com" saytı məlumat yayıb.

Daha əvvəl sözügedən ölkənin "Tuluza" klubunun Benzia ilə maraqlandığı qeyd olunub.

Benzia 2023-cü ilin yanvarından "Qarabağ"da forma geyinir. Onun "transfermarkt"da dəyəri 1 milyon avrodur.

29 yaşlı yarımmüdafiəçi bu mövsüm 46 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə edib

Əlaqəli Xəbərlər